"Sabah" Qazaxıstan millisinin üzvünü heyətinə qatdı - RƏSMİ

10:42 - 21 Yanvar 2025

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər evrir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov Masazır klubunun formasını geyinəcək. 

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Pokatilov millidə 28 oyuna çıxıb. 


Xəbər xətti