Mirça Rednik xəbərdarlıq etdi: "Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşməlidirlər"

16:46 - 21 Yanvar 2025

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi, hazırda Rumıniyanın "UTA Arad" klubunun çalışdırıcısı Mirça Rednik Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun Bakıda keçiriləcək “Qarabağ” - FKSB oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "sport.ro"ya açıqlama verən Rednik tərəflərin şanslarını dəyərləndirib:

"Vəziyyətimiz bəllidir, itirəcək heç nəyimiz yoxdur, bizə yalnız qələbə lazımdır. “Qarabağ”ın çox keyfiyyətli və yaxşı komandadır. Onlar ölkənin ən güclüsüdür. FKSB-nin diqqətini ona yönəltmək istərdim ki, onlar “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşsünlər. Odur ki, çox da arxayınlaşmayın. Gigi Bekali nə etmək lazım olduğunu bilir".

"Qarabağ" - FKSB görüşü yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və matça 21:45-də start veriləcək.

Xəbər xətti