Azərbaycanlı futbol məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib. O, Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda bu gün FKSB ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib.
- "Qarabağ" bu gün FKSB önünə çıxacaq. Bu oyunda "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiniz?
- FKSB daha çox hücum xəttində effektivliyi ilə fərqlənən komandadır. Oyun ərzində bol qol epizodlarına girə bilən komanda olduğu üçün fikirləşirəm ki, “Qarabağ” bu komandaya qarşı daha rahat oynayacaq. Çünki bu üslubda oynayan komandalar əksər hallarda açıq futbola üstünlük verirlər. “Qarabağ”a qarşı isə açıq futbol oynayan komandalarla görüşlərdə həmişə maraqlı və bolqollu oyunların şahidi olmuşuq. Ən pisi isə odur ki, “Qarabağ”ın qalib gəlməsi böyük ölçüdə pley-off məsələsini tam həll etmir.
- Juninyo "Qarabağ"dan ayrıldı. Onsuz çətin olmayacaqki? Sizcə, hücum xəttində Musa Qurbanlı, yoxsa Nəriman Axundzadə oynamalıdır?
- Juninyonun gedişi bu gün üçün “Qarabağ”ın heyətində böyük itkidir. Amma artıq bu baş verib və komanda bununla barışıb davam etməlidir. Musa Qurbanlı, Nəriman Axundzadə və Emmanuel Addai arasında kimə şansın verilməsindən asılı olmayaraq “Qarabağ”a maksimum faydalı olmağa çalışmalıdır. Son oyunlara nəzər yetirsək, Nəriman Axundzadənin bu gün üçün daha üstün görsəndiyini demək olar.
- Juninyonun gedişi ilə savayı, Yassın Benziya da şəxsi məsələlərə görə komandaya 3 gün əvvəl qoşula bilib. “Qarabağ”ın kadr sarıdan problemi olduğu görünür. Bütün bunlar ümumi kollektivin inam məsələsinə təsir etməzki?
- Düşünmürəm ki, Benziyanın yoxluğu komandanın ümumi oyununa elə də böyük təsir etsin. “Qarabağ” da artıq neçə illərdi oturuşmuş bir üslub var ki, oyunçulardan asılı olmayaraq böyük ölçüdə tapşırıqları problemsiz yerinə yetirə bilirlər.
- “Qarabağ” pley-off şansını saxlamaq üçün qalib gəlməlidir. Sizcə, "Qarabağ" hazırkı heyəti bunu edəcək gücdədir? Qələbə məcburiyyəti komandaya psixoloji təsir edər?
- Çox təəssüf ki, son iki oyunda pley-off şansı tam olaraq “Qarabağ”ın qazanacağı qələbədən asılı deyil. Burada rəqiblərin oyunlarında olacaq nəticələrin də önəmi vacibdir. Bəzən sənin qazandığın qalibiyyət məqsədə çatmaq üçün yetərli olmaya bilər. Bu gün də “Qarabağ”ın durumu bu cürdür.
- “Qarabağ"da gedərkən yeri doldurulmayacaq düşünülən çox futbolçu olub. Bəs, “Qarabağ”ın yeni Juninyonu tapacağına əminsiz?
- Qurban Qurbanovun komandası həmişə gedən oyunçunun yerini qismən doldurmağı bacarıb. Tam olaraq hansısa oyunçunu əvəzləmək bir az çətin məsələdir. Misal üçün Kadi Borgesi qeyd etsək, bu gün onu lazımınca və əvəzləyicisi məncə hələ də yoxdur. Amma zamanla başqa keyfiyyətli və üstün cəhətə malik oyunçunun gələcəyinə inanıram.
Mirbağırağa
saytlarin hazirlanmasi