Türkiyə klubları "Qalatasaray"a iki qol vuran futbolçunu istəyir

11:22 - 26 Yanvar 2025

“Dinamo”nun(Kiyev) futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçuya Türkiyə Superliqasında yarışan üç klubdan təklif gəlib. “Bodrumspor”, “Antalyaspor” və “Rizespor” ukraynalı üçün hərəkətə keçib. Yarmolenkonun isə bu təkliflərə hansı cavabı verəcəyi dəqiq deyil.

Ukrayna millisinin də üzvü olan futbolçunun “Dinamo” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Desna”, “Borussiya”(Dortmund), “Vest Hem”, “Əl-Əyn” klublarında oynayıb. Qeyd edək ki, Avropa Liqasının 7-ci turunun “Qalatasaray” – “Dinamo”(3:3) görüşündə təcrübəli futbolçu dublla yadda qalmışdı.

Xəbər xətti