"Qarabağ" mövsümün sonunda bəzi oyunçularla yollarını ayıracaq.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubunun yollarını ayırmaq istədiyi futbolçulardan biri də Amin Ramazanovdur.
Zədə səbəbindən uzun müddətdir ki, meydana çıxmayan və hazırda məşq etməklə kifayətlənən Ramazanovun qışda icarəyə verilməsi gözlənilsə də, bu baş tutmamışdı.
Mövsümün sonunda isə U-21 yığmamızın sabiq qapıçısının başqa kluba keçəcəyi ehtimal edilir. Hətta bir ara "Şamaxı" və ya "Səbail"in onu heyətinə qatması iddia olunurdu. İndi də "Qarabağ"ın düşərgəsində yer alan Ramazanovun Ağdam klubundan ayrılsa belə, Azərbaycanı tərk etməyəcəyi gözlənilir.
"Lokomotiv"(Moskva) klubunun futbol akademiyasının yetirməsi olan Amin 2021-ci ildən “Qarabağ”ın üzvüdür.
saytlarin hazirlanmasi