Musa Qurbanlı mövsümün sonunda "Qarabağ"dan AYRILIR

16:52 - 21 Fevral 2025

Musa Qurbanlı böyük ehtimalla mövsümün sonunda "Qarabağ"dan ayrılacaq.

Sportal.az Rekord.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi, o cümlədən Musanın atası Qurban Qurbanov da bunun tərəfdarıdır. İş ondadır ki, Musa Ağdam klubundakı rəqabətə dözmür və əsas heyətdə özünə yer edə bilmir.

Sadəcə, limit məsələsinə görə, Qurban Qurbanov onu heç yerə göndərə bilmirdi. Lakin yeni mövsümdən legioner limiti də ləğv olunub. Məhz bu qərardan sonra Musanın icarə qaydasında daha çox oynamaq şansı qazana biləcəyi kluba keçməsi məqbul sayılıb. Böyük ehtimalla, həmin klub yerli klublardan biri olacaq.

Xəbər xətti