"Turan Tovuz"un legionerinin geri dönəcəyi tarix bəlli oldu

18:22 - 23 Fevral 2025

"Turan Tovuz"un legioneri Denis Marandiçinin müalicəsi davam edir.

Sportal.az xəbər verir ki, ötən ilin dekabrının əvvəlində ayağı sınan moldovalı futbolçunun Tovuz klubunun düşərgəsinə qayıdacağı tarix bəlli olub.

Marandiçi qarşıdak ayın ortalarında komandanın düşərgəsində olacaq.

Müdafiəçinin ən yaxşı halda isə mövsümün son turlarında komandasına kömək edə biləcəyi gözlənilir.

28 yaşlı müdafiəçinin “Turan Tovuz”la 2023-cü il yanvarın 9-da müqavilə imzalamışdı. Onun bölgə təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti