"Sabah"ın müdafiəçisini Avropa klubları istəyir - Azərbaycanda qalacaq?

11:24 - 2 Mart 2025

"Sabah"ın futbolçusu Con İrazabalın yeni sezona hazırkı komandasında başlaması sual altındadır.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı müdafiəçinin xidmətində maraqlı olan Avropa klubları var.

Məlumata görə, İrazabalı istəyən Polşa klubları daha çoxluq təşkil edir. Belə ki, "Krakoviya" başda olmaqla Polşanın daha bir neçə klubu ispanla yaxından maraqlanır. Onun Belçikaya yollanmaq ehtimalı da az deyil. Yüksək liqa təmsilçilərindən biri "Sabah"ın futbolçusunu transfer siyahısına daxil edib. 

"Sabah" özü də ispan müdafiəçi ilə müqavilə müddətini artırmağı planlaşdırır. Onun komandada qalıb-qalmayacağı mövsüm bitən kimi bəlli olacaq.

İrazabal 2022-ci il iyulun 10-da "Sabah"a keçmişdi. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 28 yaşlı futbolçu “Eybar”B, “Mirandes”, “Leyyoa”, “Amorebyeta” komandalarında çıxış edib.

Xəbər xətti