“Turan Tovuz” legionerlərindən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqamızda yarışan digər klubların da transfer siyahısında yer alan Aleks Souza yeni sezonda Tovuz təmsilçisində başlayacaq.
Çünki onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Lakin braziliyalının müqavilə müddəti daha 1 illik artırıla bilər.
Forvardın özünün də “Turan Tovuz”da qalmaq istədiyi bildirilir. O, bu sezon bölgə klubunda 21 matçda 4 qol vurub, 3 asist edib. “Santos”un yetirməsi olan Aleks “Hegelmann”(Litva), “Boluspor”(Türkiyə) klublarında oynadıqdan sonra ötən ilin yanvar ayında “Turan Tovuz”la anlaşmışdı.
saytlarin hazirlanmasi