Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Çorum"un yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Tuncay Şanlı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Çorum" klubu bir neçə gün öncə Serkan Özbalta ilə yollarını ayırmışdı.
saytlarin hazirlanmasi