Arda Turan İtaliya millisinin sabiq üzvünü komandasında görmək istəyir

15:34 - 14 Mart 2025

İtaliya millisində bir oyun keçirmiş Andre Petanya Türkiyəyə yollanmaq niyyətindədir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Eyüpspor” italiyalı hücumçunun keçidini həll etməyə çalışır. Türkiyə klubunun baş məşqçisi Arda Turan italyan hücumçunu şəxsən sərəncamında görmək istəyir.

Hazırda İtaliya A seriyasında yarışan “Montsa” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər olan Petanya özü Türkiyəyə yollanmağa razılaşıb.

O, karyerası ərzində “Milan”, “Sampdoriya”, “Latina”, “Viçentsa”, “Askoli”, “Atalanta”, SPAL, “Napoli”, “Kalyari” klublarında oynayıb.
 

Xəbər xətti