"Sabah"ın futbolçusunu iki klub istəyir - hansı qərarı verəcək?

10:49 - 17 Mart 2025

"Sabah"ın müdafiəçisi Abdulla Rzayev yeni sezona yeni komandada başlamağa yaxındır.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi “Neftçi” və “Turan Tovuz”un transfer siyahısında yer alıb. "Sabah"da oynamaq şansı tapmayan Rzayev üçün hər iki klub mübarizə aparır.

Hətta Vasili Berezutskinin əvəzedici heyətə göndərdiyi Abdullanın ölkə xaricinə yollanmaq ehtimalı da az deyil. Amma onun Premyer Liqada qalaraq, “Neftçi” və “Turan Tovuz” arasında seçim edə biləcəyi gözlənilir.

23 yaşlı futbolçunun “Sabah”la daha 2 illik müqaviləsi qüvvədədir. 

Xəbər xətti