"Turan-Tovuz" Misli Premyer Liqasının 28-ci turunun “Qarabağ”la oyununa itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivə bir sıra futbolçular kömək etməyəcək.
Belə ki, Şəhriyar Əliyev, Jo Batişta, Roderik Miller və Denis Marandiçi Ağdam klubu ilə görüşü buraxacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Turan Tovuz" - "Qarabağ" görüşünə 19:30-da start veriləcək.