"Turan-Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a məğlubiyyəti (1:4) şərh edib.
Sportal.az saytına açıqlama verən Hüseynov Ağdam klubu ilə görüş haqda bunları deyib:
“Məğlubiyyətə görə üzgünük. Konsentrasiya çatışmadı. Çox sadə qollar buraxdıq. “Qarabağ” kimi komanda rəqibin səhvlərindən istifadə edir. Onlara qarşı açıq futbol oynamaq çətindir. Səhvlər oyunun nəticəsinə birbaşa təsir etdi. Halbuki oyun başqa cür də bitə bilərdi. Motivasiyamız güclü idi".
saytlarin hazirlanmasi