Trezeqe bu klubun prezidenti vəzifəsinə namizəd olmaq niyyətindədir

13:22 - 30 Mart 2025

Fransa millisinin sabiq forvardı David Trezeqe “River Pleyt”in prezidenti olmaq üçün seçkilərdə iştirak etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə “TNT Sports” nəşri məlumat yayıb. Fransız 2012-2014-cü illərdə Argentina klubunun futbolçusu olub.

O, bu komandanın heyətində 38 matça çıxıb və 17 qol vurub. 1998-ci il dünya çempionatının qalibi 2021-ci ildə “Yuventus”un səfiri vəzifəsini tərk edib və yeni layihə axtarışında olduğu bildirilir.

Seçkilər gələn ilin dekabrında keçiriləcək.

Xəbər xətti