"Neftçi"nin sabiq futbolçusu Reziuan Mirzov hazırda formasını geyindiyi "Ximki"də dava etməsi ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi paltardəyişmə otağında komanda yoldaşları arasında münaqişə olması ilə bağlı çıxan xəbəri təkzib edib.
"Sport-Ekspress" nəşri Mirzovla İlya Sadıqov arasında klubda maaşların gecikməsi ilə bağlı emosional söhbət zamanı davanın düşdüyünü iddia etmişdi. Belə ki, İlya atası, "Ximki"nin investoru Tufan Sadıqovdan narazılığın olduğunu görərək onun müdafiəsinə qalxıb və belədə, mübahisə yaşanıb. Mirzov isə məsələ haqda bu cür danışıb:
"Bu xəbəri görəndə çox təəccübləndim. Bu cür hadisə baş verməyibsə, yazılanlara necə təəccüblənməyəsən? Cəfəngiyat yazıblar. Bu heç də doğru deyil. Bunu kim yazıbsa, nəyə görə uydurduğunu da izah etməlidir".
Qeyd edək ki, İlya Sadıqov da "Ximki"nin üzvüdür. Onun atası da Azərbaycandan olan Tufan Sadıqovdur.