Osimhen "Qalatasaray"dakı durumundan danışdı: "Buradakı həyatımdan zövq alıram"

13:47 - 13 Aprel 2025

"Napoli"yə məxsus olsa da, “Qalatasaray”da icarə əsasında oynayan Viktor Osimhen gələcəyi ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, İtaliya mətbuatına müsahibə verən nigeriyalı forvard özünü Türkiyədə xoşbəxt hiss etdiyini dilə gətirib:

"Hər kəs üçün ən yaxşı qərar mövsümün sonunda veriləcək. “Qalatasaray” hər zaman ürəyimdə qalacaq. Əlbəttə, haqqımda həmişə söz-söhbətlər olur. Amma mən indiki zamanı yaşamağa üstünlük verirəm. İndi özümdən, klubdan və buradakı həyatımdan zövq alıram. Azarkeşlər də ilk gündən inanılmaz dərəcədə dəstək oldular".

26 yaşlı hücumçu 2024-cü il sentyabrın 4-də “Qalatasaray”a 1 mövsümlük icarəyə verilmişdi. Onun transfer dəyəri 70 milyon avrodur.  Osimhenin “Napoli” ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, Viktor “Volfsburq”, “Şarlerua”, “Lill” komandalarında da çıxış edib.
 

Xəbər xətti