"Əl-Əhli" "Beşiktaş"ın futbolçusu üçün hərəkətə keçdi

13:22 - 15 Aprel 2025

"Beşiktaş"ın legioneri Rafa Silvaya təkliflər çoxalıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi üçün “Əl-Əhli” hərəkətə keçib.

Belə ki, Səudiyyə Ərəbistanı klubu mövsümün sonunda Rafanı heyətinə qatmaqda israrlıdır. Artıq ərəblər ilkin təklifi irəli sürüb.

Silva özü də “Əl-Əhli”yə keçmək istəyir. Amma ərəblərin təklifi “Beşiktaş”ı razı salmasa, 31 yaşlı futbolçu Türkiyədə qalacaq.

Əlavə edək ki, Rafa 2024-cü il iyulun 1-də İstanbul klubuna keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Portuqaliya millisinin üzvü “Feyrense”, “Braqa”, “Benfika”da çıxış edib.

Xəbər xətti