"Turan Tovuz" mövsümün sonunda legionerlərindən bəziləri ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, Qərb təmsilçisinin yayda yola salacağı futbolçulardan biri də Araş Qaderidir.
Tərəflər arasında gələn ilin yayına qədər mövcud müqaviləsinə baxmayaraq, Kurban Berdiyev Qaderinin performansından razı deyil.
Məhz buna görə də, iranlı müdafiəçinin yeni sezona "Turan Tovuz"da başlamaması ehtimalı böyükdür.
26 yaşlı futbolçu 2024-cü il iyulun 22-də Tovuz klubuna keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Araş Azərbaycana gələnə qədər "Alluminiy", "Paykan", "Traktor", "Zob Ahan" klublarında çıxış edib.
saytlarin hazirlanmasi