Türkiyə millisini "Roma"ya dəyişə bilər

15:59 - 16 Aprel 2025

"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Klaudio Ranyerinin yerinə baş məşqçi postu üçün axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki, paxytaxt klubunu çalışdırmağa əsas namizəd Türkiyə millisinin baş məşqçisi olan Vinçentso Montelladır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Montellanın köməkçisi Daniele Russo "Roma"nın İtaliya çempionatında "Yuventus" və "Latsio" ilə matçlarını stadionda izləyib.

A Seriyası təmsilçisinin baş məşqçisi postuna digər namizədlər isə "Əl-Nəsr"i çalışdıran Stefano Pioli ilə hazırda işsiz olan Massimiliano Alleqri və Mauritsio Sarridir.

Xəbər xətti