Neymar yenidən zədələndi

11:24 - 17 Aprel 2025

"Santos"un futbolçusu Neymar yenə də zədələnib.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, o, Braziliya çempionatının 4-cü turunun "Atletiko Mineyro"ya qarşı keçirilmiş görüşdə sıradan çıxıb.

Onun nə vaxt məşqlərə başlayacağı isə dəqiq deyil.

Neymar martda Braziliya millisinin təlim-məşq toplanışına da zədə səbəbindən qatıla bilməmişdi.

Bu mövsüm braziliyalı bütün turnirlərdə 11 matça çıxıb, 3 qol vurub və 3 asist edib.

Xəbər xətti