Türkiyə Super Liqasında legioner limiti ilə bağlı qərar verildi

18:56 - 18 Aprel 2025

Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsüm üçün legioner limitini təsdiqləyib.

Sportal.az xəbər verir ki, 2025/2026 mövsümündən etibarən klubların heyətlərinə 14 əcnəbi futbolçu cəlb etmək hüququ olacaq. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Federasiya legionerlərlə bağlı yaş limiti tətbiq edib. Belə ki, növbəti mövsüm Super Liqa təmsilçilərinin transfer etdiyi 14 əcnəbidən ən azı 2-si 01.01.2003 tarixindən daha gənc olmalıdır.

2026/2027 mövsümündə isə gənc oyunçularla bağlı say artırılacaq. Klubların heyətində olan legionerlərdən azı 4-ü 01.01.2004 tarixindən daha sonra doğulmuş futbolçular olmalıdır.

Xəbər xətti