Braziliyada “Qarabağ”ın sabiq forvardından narazıdırlar: Təəssüf ki, pis transfer oldu

20:47 - 6 May 2025

Braziliya mətbuatı qışda “Qarabağ”dan 5 milyon avroya “Flamenqo”ya transfer olan Juninyonun çıxışından yazıblar.

Sportal.az xəbər verir ki, "Vamo Futbolu" portalı Braziliya klubunun azarkeşlərinin də "Qarabağ"ın sabiq hücumçusunun performansından narazı olduğunu qeyd edib.

"Flamenqo” son matçda “Botofoqo” üzərində çətin qələbə qazandı (1:0). Qarşılaşmada bu mövsümkü transfer Juninyo da iştirak edirdi. Qeyri-adi ləqəbi sayəsində məşhurlaşan futbolçu vurduğu qollarla heç də sevindirmir. Juninyo çox güclü qol instinki olan forvard deyil. Amma o, bunu fiziki gücü və sürəti ilə sığortalayır. Lakin bu, Juninyodan daha böyük gözləntiləri olan sosial şəbəkədə qəzəbli azarkeşləri sevindirməyə kifayət etməyib. Onlar “Qarabağ”ın sabiq forvardı haqda bunları yazıb:

"Juninyo “Flamenqo”ya uyğun deyil”
“Təəssüf ki, Juninyo pis transfer oldu” 
“O, komandaya heç nə qatmır, Juninyo sadəcə pis futbolçudur, bu qədər”
“Juninyo qol vuracaqmı? Bəli. Amma o, "Flamenqo"nun forvardı olmaq üçün lazım olan keyfiyyətlərə malik deyil”.

Bununla belə, klubun idarə heyəti “Qarabağ”a 31,2 milyon real qarşılığında başa gələn forvardın çıxışı barədə müsbət düşünür. Braziliyalı həmkarımız olan Pablo Rafaelin sözlərinə görə, idman direktoru Xose Boto Juninyoya ünvanlanan tənqidləri təbii hesab edir. Botunun sözlərinə görə, hücumçu hələ adaptasiya mərhələsindədir və mövsüm irəlilədikcə daha faydalı olacaq”.

Xəbər xətti