Millimizin üzvü: "Yaxşı və pis günlərimiz oldu"

21:22 - 6 May 2025

Türkiyənin "Amed" və Azərbaycan qadınlardan ibarət futbol yığmasının futbolçusu Jalə Məsimova başa çatan mövsümlə bağlı təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, Məsimova instaqram profilində bunları yazıb:

"2024/2025 mövsümünün sonuna gəldik. Komanda yoldaşlarıma, məşqçilərimə və baş məşqçimiz Cahit Akına təşəkkür etmək istəyirəm. Bu uzun mövsümdə yaxşı və pis günlərimiz oldu. Yeni mövsümdə hamınızı gözləyirik. Hələlik".

Xəbər xətti