"Fənərbaxça" səfərdə "Başakşəhər"i darmadağın etdi - VİDEO

00:21 - 10 May 2025

Türkiyə Super Liqasında 35-ci tura start verilib.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Başakşəhər"lə qarşılaşıb. Matç qonaqların 4:1 hesablı darmadığını ilə başa çatıb.

Qeyd edək ki, bu matçdan sonra "Fənərbaxça" 78 xalla 1 oyun daha çox keçirməklə lider "Qalatasaray"la olan xal fərqini 5-ə endirib. "Başakşəhər" isə 51 xalla 5-ci pillədə qərarlaşıb.

Türkiyə Super Liqası
35-ci tur

21:00. “Başakşəhər” - “Fənərbaxça” - 1:4

Qollar: Ö.Bəyaz,90+1, - M.Müldür,44, M.Şkriniar,60, Y. En-Nesiri,86, O.Aydın,90+3

Xəbər xətti