"Mançester Yunayted"i "Yuventus"a dəyişəcək

12:49 - 13 May 2025

"Mançester Yunayted"in futbolçusu Antoni yeni sezona İtaliyada başlaya bilər.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Betis"də effektiv performansı ilə bir çox klubların diqqətini çəkən braziliyalını "Yuventus" istəyir.

"Qoca sinyora"nın rəhbərliyi artıq Antoni üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib.

İngilislər onun üçün 50 milyon avro tələb edir.

25 yaşlı futbolçu "Betis"də 22 matça çıxıb, 8 qol vurub və 5 asist edib. Braziliyalının "Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti