Mahir Emreli bu siyahıda 5-ci pillədə yer aldı

14:46 - 11 May 2025

Almaniyada "Nürnberq"in heyətində ikinci bundesliqada 2024/2025 mövsümündə ən yüksək sürət nümayiş etdirən futbolçulardan ibarət "10-luq" tərtib edilib.

Sportal.az “CLUBFOKUS”a istinadən xəbər verir ki, “Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli 33,8 km/saat maksimum sürət göstərərək 5-ci yerdə qərarlaşıb.

Siyahıda Emrelidən aşağıda onunla eyni nəticə göstərən hücumdakı tərəfdaşı Stefanos Tzimasdır.

Ən yaxşı nəticə isə 21 yaşlı Yens Kastroya (34,6) aiddir.

Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq"dən ayrılacağı dəqiqləşib.

Xəbər xətti