Azərbaycan - Litva oyununun vaxtı açıqlandı

14:22 - 12 May 2025

Millətlər Liqasının C4 qrupunda Azərbaycan və Litva qadın milliləri arasında növbəti turun oyununun başlama saatı və yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, komandalar arasında görüş mayın 30-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək.

Oyuna saat 18:00-da start veriləcək. Xatırladaq ki, qrupun qalibi B divizionuna yüksələcək.

Qrupdakı hazırkı vəziyyət: Monteneqro, Azərbaycan – hərəyə 5 xal (3 oyun), Litva – 0 (2).
 

Xəbər xətti