"Qarabağ" dünya reytinqinə yüksəldi, "Zirə" "Volfsburq"u keçdi

12:23 - 11 May 2025

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, 501 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının dörd təmsilçisi yer alıb: “Qarabağ”, “Zirə” və “Sabah”, “Araz-Naxçıvan”.

Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 143,5 xalla 124-cü yerdən 114-cü yerə yüksəlib. “Qarabağ”ı “Atletiko Paranaense” (144) qabaqlayır. 

“Zirə” 220-ci yerdən 233-cü yerə (94,5) düşüb. “Qartallar”dan bir pillə Çinin “Şanxay Şenxua” klubudur (94,75). Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Volfsburq”u (93) qabaqlayır. 

“Sabah” isə öz növbəsində sıçrayış edərək 393-cü yerdən 367-ci yerə yüksəlib (68,5). “Araz-Naxçıvan” də mövqeyini yaxşılaşdırıb: 492-ci yerdən 454-cü yerə yüksəlib (58,75). 
Ayın ən yaxşı klubu isə “Real”dır. 

Xəbər xətti