UEFA Çempionlar Liqasında fnala yüksələn PSJ-nin baş məşqçisi Luis Enrike Fransa mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis Paris təmsilçisinin turnirin qalibi olmağa layiq olduğunu bildirib
"Tarix yazmağa hazırıq. Azarkeşlərimiz də hazırdır. İlk Çempionlar Liqası finalımız (pandemiya vaxtı) azarkeşsiz oynanılmışdı. Bu dəfə fanatlarmız da bizimlə olacaq. Kuboka layiq olan bir komanda varsa, o da PSJ-dir".
Qeyd edək ki, PSJ Çempionlar Liqasının finalında "İnter"lə üz-üzə gələcək. Həlledici qarşılaşma 31 may tarixində Almanyanın Münhen şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi