Millimiz Belarusa qalib gəldi

19:33 - 9 May 2025

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.

Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

Azərbaycan: 1. Bilal Hacıyev, 2. Mehdi İsmayılov, 3. Roman Fərzəli, 4. Uğur Qurbanlı (k), 5. Vaqif Nəbiyev, 6. Ruslan Quliyev, 7. Yusif Orucəliyev, 8. Murad İsmayılov, 9. Ömər Kosayev, 10. Furqan Musayev, 11. Tunar Bayramov

Belarus: 1. İvan Paddubnı, 5. Anton Vial, 6. Qleb Yemelyanov, 7. Artyom Kaniaxin, 8. Vladislav Tratsyak, 13. Kiril Şelest, 14. Marat Lazareviç, 21. Qleb Bardaçov (k), 9. Kiril Salyanik, 10. Yaraslav Qubaşin, 11. Yaramir Tratsyak

Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 16:00-da Binə stadionunda baş tutacaq.

Xəbər xətti