Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adı bəlli olub.
Sportal.az xəbər verir ki, PSJ-nin qonağı olan "Arsenal" 1:2 hesabı ilə məğlub olaraq yarımfinalda mübarizəni dayandırıb. İlk matçda da 1:0 hesabı ilə qalib gələn PSJ finalda "İnter"in rəqibi olub.
Qeyd edək ki, PSJ - "İnter" finalı mayın 31-i Bakı vaxtilə saat 23:00-da Münhendə baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00 PSJ - “Arsenal” 2:1 (İlk oyun - 1:0)
Qollar: F.Ruiz,27, A.Hakimi,72, - B.Saka,76
saytlarin hazirlanmasi