Türkiyə Super Liqasında çıxış edən "Hatayspor"da ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, "Beşiktaş"ın sabiq futbolçusu Vinsen Abubakar komandanı tərk edib. Mövsümün əvvəlində komandaya qoşulan kamerunlu futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.
Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm çıxış etdiyi 28 matçda 8 qol, 2 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi