"Transferlər lazımdır, yoxsa "Mançester Yunayted" Çempionlar Liqasında ölkəni biabır edəcək"

23:29 - 8 May 2025

İngiltərəli sabiq futbolçu Qabriel Aqbonlahor hesab edir ki, "Mançester Yunayted"in Avropa Liqasının nəticəsindən asılı olmayaraq transferlərə ehtiyacı var.

Sportal.az xəbər verir ki, Hazırda "Mançester Yunayted" Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Atletik"lə qarşılaşır. İlk hissəsi oynanılan qarşılaşmasının birinci matçında Ruben Amorimin komandası rəqibinə 3:0 hesabı ilə qalib gəlmişdi. Turniri qazansalar, "mankunianlar" Çempionlar Liqasına vəsiqə əldə edəcəklər.

"Baş məşqçi ağıllı və dürüst davrandı ki, sahiblər Avropa Liqasındakı mümkün qələbə ilə aldadılmasınlar.

O bilir ki, gələn mövsüm üçün yenə də oyunçular almaq və satmaq lazımdır. Əks halda, Çempionlar Liqasında ölkəni biabır edəcəklər," – deyə "Aston Villa"nın sabiq hücumçusu "talkSPORT"a açıqlamasında bildirib.

Xəbər xətti