Bu gün Çempionlar Liqasında yarımfinalın cavab matçlarına start verilib.
Sportal.az xəbər verir ki, "İnter" adını finala yazdırıb.
"Nerazzura" "Barselona"nı 4:3 məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.
Mayın 7-də keçiriləcək digər yarımfinal oyununda PSJ və “Arsenal” üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
6 may
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) 4:3
Qollar: Martines 21, Çalhanoğlu 45+1(p), Açerbi 90+3, Frattezi 99 - Erik Qarsiya 54, Olmo 60, Rafinya 88
İlk oyun – 3:3.