"Fənərbaxça"nın futbolçusu "Zenit"ə keçə bilər

16:30 - 7 May 2025

"Fənərbaxça"nın "Fiorentina"dan icarəyə götürdüyü Sofian Amrabat yayda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, mərakeşli futbolçunu "Zenit" transfer etmək istəyir. Bu barədə Fransa mətbuat mlumat yayıb.

Rusiya klubu 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün "Fiorentina" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Fənərbaxça" Sofian Amrabatı mövsümün əvvəlində icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti