"Bayer"in sabiq hücumçusu azərbaycanlı futbolçunu komandasında görmək istəyir

10:34 - 7 May 2025

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərliyə Albaniyaya qayıtmağa çox yaxındır.

Sportal.az saytına verilən məlumata görə, “Boluspor”un üzvünə Albaniyadan daha bir təklif gəlib.

Belə ki, çempionluq mübarizəsində yer alan “Vlajniya” Vüsalı bu yay 2 illik müqavilə ilə heyətinə qatmaq istəyir. Artıq ona təklif də edilib.

Xüsusilə də, Şkoder təmsilçisinin baş məşqçisi, vaxtı ilə Almaniya millisinin, “Bayer”(Leverkuzen”), “Volfsburq” kimi klubların hücumçusu olmuş Tomas Brdariç Vüsalı şəxsən sərəncamında görmək istəyir.

Hazırda danışıqlar davam edir. Millimizin üzvünün “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti