"Aston Villa" ispan müdafiəçi üçün hərəkətə keçdi

11:22 - 7 May 2025

“Aston Villa” “Selta”nın müdafiəçisi Oskar Minqezanı transfer etməyi planlaşdırır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Birmingem təmsilçisi artıq Oskar üçün hərəkətə keçib.

Viqo klubu futbolçusunun satışından 20 milyon avro qazanmaq niyyətindədir.

Futbolçu “Barselona”nın yetirməsidir və ona görə də onun transfer hüquqların 50 faizinə sahibdir.

25 yaşlı futbolçunun “Selta” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, İspaniya yığmasının da üzvüdür. 

Xəbər xətti