"Arsenal" bu hücumçu üçün 60 milyon avro ödəməyə hazırdır

19:15 - 7 May 2025

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" serbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London klubu Vlahoviçi yay transfer pəncərəsi üçün əsas hədəfə çevirib. "Arsenal" 25 yaşlı forvard üçün 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm"Yuventus"un heyətində meydana çıxdığı 38 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti