"Napoli" rəhbərliyi Kontenin gedişi ssenarisinə hazırlaşır - lider olsalar da...

23:57 - 7 May 2025

Yayda "Napoli"də baş məşqçi dəyişikliyi baş verə bilər.

Sportal.az xəbər verir ki, "TuttoMercatoWeb"in məlumatına görə, Antonio Kontenin transferlərlə bağlı açıq narazılığı əməkdaşlığın sona çatmasına səbəb ola bilər. Bundan başqa, 55 yaşlı mütəxəssisə "Yuventus" da maraq göstərir və onun Turinə qayıdışı sadəcə ehtimal deyil, daha ciddi bir mövzu kimi qiymətləndirilir.

"Napoli" rəhbərliyi Kontenin gedişi ssenarisinə hazırlaşır. Prezident Aurelio De Laurentis Massimiliano Alleqri ilə fəal şəkildə əlaqə saxlayır, onların arasında çox yaxşı münasibətlərin olduğu bildirilir.

Hazırda neapollular İtaliya çempionatında liderdirlər və turnir cədvəlində "İnter"i üç xal qabaqlayırlar, mövsümün sonuna isə üç tur qalıb.

Xəbər xətti