1-ci Liqada 25-ci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, bu gün lider "Qəbələ" doğma meydanda "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma "qırmızı-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarının 61-ə yüksəldən "Qəbələ" turnir cədvəlinin zirvəsində qərarlaşıb. 25 xalı olan "Cəbrayıl" isə 8-ci yerdədir.
"Qəbələ" - "Cəbrayıl" 3:1
Qollar: D.Massumo, 39, 80, U.İsmayılov, 60 - T.Qarayev, 78