FIFA irqçiliklə mübarizə qaydalarını sərtləşdirib

00:53 - 10 May 2025

FIFA irqçiliklə mübarizəyə dair yeni, daha sərt qaydalar tətbiq edib.

Sportal.az xəbər verir ki, yeni qaydalara əsasən, maksimal cərimə məbləği 5 milyon avronu keçə bilər. İrqçi təhqirlərə görə azarkeşlər stadiondan uzaqlaşdırıla biləcək.

Bundan əlavə, bütün turnirlərdə irqçilik və diskriminasiya hallarında tətbiq olunacaq xüsusi anti-diskriminasiya prosedurları məcburi olacaq.

Bu dəyişikliklər FIFA-nın irqçiliklə mübarizəyə daha qətiyyətli yanaşmasını və futbolda bərabərliyi təmin etmək məqsədini əks etdirir.

Xəbər xətti