"Qarabağ"la matça itki ilə hazırlaşır

01:22 - 10 May 2025

Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir. 

Sportal.az xəbər verir ki,  "Azersun Arena"nın ehtiyat meydanında məşq edən komanda üzvləri isinmə hərəkətlərinin ardından baş məşqçinin tapşırıqlarını yerinə yetiriblər. 

Zədəli futbolçulardan Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlə kifayətlənib. 

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu mayın 11-də, saat 20:00-da, “Azersun Arena”da keçiriləcək.

Xəbər xətti