UEFA-nın baş katibi Giorgio Marketti İtaliya stadionlarının AVRO-2032-yə ev sahibliyi etmək üçün tələblərə cavab vermədiyini bildirib.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bir müddət əvvəl UEFA prezidenti Aleksander Çeferin də ölkənin futbol infrastrukturunun çatışmazlıqlarından danışmışdı.
Marketti də İtaliyadakı stadionların durumu haqda bunları deyib:
"Ümid edirəm ki, İtaliya öz stadionlarını modernləşdirib, azarkeşlər üçün rahatlıq yarada biləcək. Avropa çempionatına hələ çox vaxt var. Belədə, onlar hazırlaşmaq üçün xeyli zamana sahibdir".
Qeyd edək ki, daha əvvəl turnirin İtaliya və Türkiyədə keçiriləcəyi dəqiqləşmişdi.
saytlarin hazirlanmasi