Litvanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Tomas Rajanauskas Millətlər Liqasının C4 qrupunun bu gün Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az “Tv3.lt” portalına istinadən xəbər verir ki, litvalı mütəxəssis millimiz görüş barədə bunları deyib:
“Düşünürəm ki, Azərbaycanla oyunda müsbət nəticə qazanmağımız mümkündür. Yenilməz rəqib yoxdur. Hər şey bizdən asılıdır. Matça necə hazırlaşmağımızdan və oyuna necə münasibət göstərməyimizdən çox şey asılıdır. Layiqli müqavimət göstərsək, hər şey mümkündür. Biz oyunçularımıza inanırıq. Qorxmamaq vacibdir, çünki itirəcək heç nəyimiz yoxdur. Biz meydançaya çıxıb qələbə üçün mübarizə aparmaq istəyirik. Şanslarımızdan istifadə edib, rəqiblərimizin imkanlarından istifadə etməliyik. Başa düşürük ki, Azərbaycanı məğlub edə bilsək, Monteneqro ilə evdəki matç bizim üçün qızıl görüş olacaq".
Qeyd edək ki, Azərbaycan - Litva matçı bu gün keçiriləcək və görüşə 18:00-da start veriləcək.
saytlarin hazirlanmasi