İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni ooyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın çempionu "Bayer"dən Ceremi Frimponqu transfer edib. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.
"Liverpul" niderlandlı sağ cinah müdafiəçisi üçün Almaniya klubuna 35 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.
Qeyd edək ki, Niderland millisinin üzvü olan 24 yaşlı futbolçu başa çatan mövsümdə "Bayer"in heyətində meydana çıxdığı 48 rəsmi matçda 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi