"Beşiktaş" yarımmüdafiə xəttini dünya səviyyəli oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"də çıxış edən Kazemironu transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Beşiktaş" İngiltərə klubu ilə 1 illik müqaviləsi qalan 33 yaşlı futbolçu ilə danışıqlara başlamağa hazırlaşır. "Fənərbaxça" və "Roma" da təcrübəli yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, "Mançester Yunayted" Kazmironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi