Edin Ceko mövsümün sonunda "Fənərbaxça"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi bosniya və herseqovinalı hücumçu ilə müqaviləni yeniləməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub sosial şəbəkə hesablarında video paylaşaraq kapitana xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. 39 yaşlı forvard bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi