"Leypziq"in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" sloveniyalı futbolçunu transfer etməyə yaxındır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
London klubunun idman direktoru Andrea Berta "Leypziq" rəhbərliyi ilə görüşüb. "Arsenal" 21 yaşlı forvard üşün 80 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü olan gənc futbolçu başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi