"Sabah" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB

21:48 - 31 May 2025

Bu gün Azərbaycan Kubokunda 2024/2025 mövsümünə yekun vurulub.

Sportal.az xəbər  verir ki, final matçında turnirin son qalibi "Qarabağ"la "Sabah" üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcən qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda fərqlənən "Sabah" tarixi ərzində ilk dəfə ölkə kubokunun qalibi olub.

Azərbaycan Kuboku, final

31  may (şənbə)

“Qarabağ” – “Sabah” 2:3
Qollar:
Kadi Borges 45+2, Con İrasabal, 68 (avtoqol) - Pavol Safranko 35(p), Kahim Parris, 90+7, Tellur Mütəllimov, 120
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

Xəbər xətti